Azərbaycanlı cüdoçu Orxan Səfərov Çexiyanın paytaxtı Praqada keçirilən Avropa çempionatının ilk günündə milli komandamıza qızıl medal qazandırıb.

Offsideplus.az xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan idmançımız İtaliya, Slovakiya, Almaniya, Serbiya və İsrail cüdoçularını məğlub edərək Avropa çempionu olub.

Qeyd edək ki, nüfuzlu yarışda Avropanın 40 ölkəsindən 345 cüdoçu qüvvəsini sınayır. Qitə çempionatına noyabrın 21-də yekun vurulacaq.

 

*** 

Bu gün Çexiyanın paytaxtı Praqada cüdo üzrə Avropa çempionatı start götürüb. 

Offsideplus.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın 6 idmançısı mübarizəyə qoşulub. Kişilərin yarışında 2, qadınlarda isə 4 cüdoçumuz medallar uğrunda qüvvəsini sınayıb.

Avropa çempionatı
Kişilər
66 kq
Kişilərin mübarizəsində 66 kq çəki dərəcəsində Nicat Şıxəlizadə 1/16 finalda Moldova təmsilçisinə uduzub. 
Orxan Səfərov isə İtaliya, Slovakiya və Almaniya cüdoçularını məğlub edərək, yarımfinala  yüksəlib.

Qadınlar
48 kq

Aişə Qurbanlı 1/8 final mərhələsində  Distria Krasniç (Kosovo), Leyla Əliyeva isə Katarina Mentsi (Almaniya) ilə bacarmayıb.

52 kq
Mübarizəyə 1/16 finaldan başlayan Gültac Məmmədəliyeva da ilk görüşdəcə uduzub. O, Tetyana Levitska-Şukvani (Gürcüstan) ilə dueldən məğlub ayrılıb.

57 kq
Təmsilçimiz Aleksandra-Larisa Florian 1/8 finalda Sanne Verhageniyı (Niderland) məğlub olub.

 

*** 

Bu gün Çexiyanın paytaxtı Praqada cüdo üzrə Avropa çempionatı start götürəcək.

Offsideplus.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın 6 idmançısı döşək üzərinə çıxacaq.

Kişilərin mübarizəsində 66 kq çəki dərəcəsində Nicat Şıxəlizadə 1/16 finalda Moldova təmsilçisi Vadim Bunesku, Orxan Səfərov isə italiyalı Manuel Lombardo ilə qarşılaşacaq.

Qadınlardan 48 kq-da Aişə Qurbanlı Distria Krasniç (Kosovo), Leyla Əliyeva Katarina Mentsi (Almaniya) məğlub etməyə çalışacaq. Hər iki cüdoçu mübarizəyə 1/8 finaldan start verəcək. 52 kq-da Gültac Məmmədəliyeva 1/8 final görüşündə gürcüstanlı Tetyana Levitska-Şukvani ilə qüvvəsini sınayacaq. 57 kq-da isə Aleksandra-Larisa Florian Niderland idmançısı Sanne Verhagenlə üz-üzə gələcək.

Avropa çempionatı

Kişilər

66 kq

1/16 final. Nicat Şıxəlizadə - Vadim Bunesku (Moldova)
1/16 final. Orxan Səfərov - Manuel Lombardo (İtaliya)

Qadınlar

48 kq

1/8 final. Aişə Qurbanlı - Distria Krasniç (Kosovo)
1/8 final. Leyla Əliyeva - Katarina Ments (Almaniya)

52 kq

1/16 final. Gültac Məmmədəliyeva - Tetyana Levitska-Şukvani (Gürcüstan)

57 kq

1/16 final. Aleksandra-Larisa Florian - Sanne Verhagen (Niderland)

Qeyd edək ki, Avropa çempionatında 40 ölkədən 209 kişi və 136 qadın olmaqla, ümumilikdə 345 cüdoçu mübarizə aparacaq.