Azərbaycan kikboksçu Alim Nəbiyev UFC üzrə eks-dünya çempionu Konor Makqreqorla döyüşmək istəyir.

Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı "Kick record" nəşri yayıb.

Azərbaycanlı döyüşçü UFC-də çıxış edəcəyi təqdirdə, irlandiyalı idmançı ilə iki çəki dərəcəsində mübarizə aparmaq niyyətindədir.

Qeyd edək ki, Alim Nəbiyev kikboksinq üzrə yeddiqat dünya çempionu və üçqat Avropa çempionudur. Hazırda "Glory World Series"də çıxış edir.