İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı davam edir.

Offsideplus.az xəbər verir ki, yarışın 5-ci günündə sərbəst güləşçilərimiz mübarizəyə qoşulub. 

79 kq çəki dərəcəsində mübarizə aparan Cəbrayıl Həsənov ilk görüşdə gürcüstanlı Nika Kentçadze ilə qarşılaşıb. Oyun 3-3 hesabı ilə bitib. Son xalı qazanan Cəbrayıl görüşün qalibi olub.