Süper Liqasında Beşiktaş – Qalatasaray derbisinin hakimi məlum olub.

Offsideplus.az xəbər verir ki, Süper Liqasının 29-cu turunda keçiriləcək Beşiktaş – Qalatasaray derbisini idarə edəcək hakim açıqlanıb. Türkiyə Futbol Federasiyasının (TFF) Hakimlər Komitəsinin (MHK) verdiyi məlumata görə, 29 martda baş tutacaq derbinin baş hakimi Yasin Kol olacaq.

Qeyd edək ki, şənbə günü olacaq matç saat 21:30-da başlayacaq.