Hakim Ziyeş "Qalatasaray"ı klubunu tərk edərək, Amsterdama yollanıb.

Offsideplus.az xəbər verir ki, mərakeşli futbolçu Türkiyə klubunun ünvanına bu sözləri deyib:

"Qalatasaray" mənim üçün bitdi. Xoşbəxt deyiləm, oynamaq da istəmirəm. Yanvarda gedirəm deyə hər kəsə bildirdim. Okan Buruk qədər aşağı səviyyəli bir baş məşqçi görmədim. "Qalatasaray"ın çempion olub-olmaması vecimə deyil. Gəldiyim üçün onsuz da peşmanam. Mövsümün sonunda gedəcəkdim, amma icazə vermədilər".