Cari mövsüm "Napoli"dən icarə əsasında "Qalatasaray"a keçən Viktor Osimhenin gələcək transferi ilə bağlı İtaliya klubunun idman direktoru Covanni Manna maraqlı açıqlama verib. 

Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı "Sabah Sports" yayıb. Klub funksioneri bunları söyləyib:

"Napoli" danışıqlar aparmağı planlaşdırmır. Bu məsələ ilə bağlı qapımız bağlıdır. Hazırda "Qalatasaray"ın bu rəqəmi ödəməyə büdcəsi yoxdur. Transfer qiyməti 75 milyon avrodur. Osimheni istəyən komandalar çoxdur. Onlar bu pulu ödəməyə hazırdırlar".