Trendyol Super Liqasında mövsümün adı dəyişdirilib.
Offsideplus.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası liqanın qalan turlarının "2024-2025 Trendyol Super Liqası Şamil Ekinci Mövsümü" olaraq davam etdirilməsinə qərar verildiyini bildirib.
TFF bununla bağlı açıqlama verib:
"Türkiyə Futbol Federasiyası İdarəetmə Heyətinin gəldiyi ortaq nəticəyə əsasən çempionatın türk futboluna unudulmaz qatqıları olan və sabiq milli futbolçuların xatirəsinə oynanması fikrinə uyğun olaraq liqanın növbəti turlarının "2024-2025 Trendyol Super Liqası Şamil Ekinci Mövsümü" adı altında keçirilməsinə qərar verilmişdir".
Qeyd edək ki, Şamil Ekinci "Trabzonspor"da 5 mövsüm davam edən klub rəhbərliyi dönəmində 4 liqa çempionluğu, 2 dəfə də ölkə kubokunun sahibi olub.