"Qalatasaray"ın sabiq futbolçusu Zalevskinin transferinə mane olub.

Offsideplus.az xəbər verir ki, polşalı oyunçunun İstanbul klubundan gələn təklifdən sonra "Roma"da forma geyinmiş və bir müddət  "aslanlar"ın heyətində çıxış ermiş Anxelinyo ilə görüşdüyü ortaya çıxıb. Bu barədə "Fanatik" məlumat yayıb.

Komanda haqqında ispan futbolçudan məlumat alan Zalevskiyə Anxelinyonun "ora getmə, səni oynatmazlar, pulunu da ödəməzlər" dediyi iddia edilir. 

Qeyd edək ki, Zalevskilə Anxelinyodan öncə Polşa əsilli alman ulduz Lukas Podolski görüşüb və "sarı-qırmızılar"ın Türkiyənin ən böyük klubu olduğunu bildirərək getməsini məsləhət görüb.