"Çelsi"nin gənc futbolçusu David Datro Fofana karyerasını Türkiyə Super Liqasında davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, 21 yaşlı futbolçunu "Göztepe" icarə əsasında heyətinə qatmağa çox yaxındır. Bu barədə Fabritsio Romano məlumat yayıb.

Məlumatda Fofananın AEK-ə transferinin alınmamasının ardından "Göztepe"nin "Çelsi" ilə razılığa gəldiyi qeyd olunub.

İngiltərə nəhəngi 1 yanvarda oyunçunu geri çağırmaq hüququna malik olacaq.

Qeyd edək ki, Fofana ötən mövsüm "Börnli" forması ilə 15 oyunda meydana çıxıb və 4 qola, 1 məhsuldar ötürməyə imza atıb.