"Qalatasaray" Viktor Osimhenin transferi ilə gündəmə gəldikdən sonra "Fənərbağça" da diqqət çəkən bir addım atmaq niyyətindədir. 

Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi "Mançester Yunayted"in ulduzu Antoninin xidmətində maraqlıdır. 24 yaşlı futbolçu bu mövsüm yalnız bir matçda 1 dəqiqə oynayıb. Onun müqaviləsi 30 iyun 2027-ci ildə başa çatacaq. 

Qeyd edək ki, Antoni 2022-ci ilin yayında 95 milyon avroya "Ayaks"dan "Mançester Yunayted"ə transfer olunub.