"Trabzonspor" baş məşqçi Abdullah Avcı ilə yollarını ayırdıqdan sonra yeni çalışdırıcı axtarışlarını sürətləndirib.
Offsideplus.az xəbər verir ki, klubun prezidenti Ərtoğrul Doğan çərşənbə axşamı Şenol Güneşlə ofisində ikinci dəfə görüşüb.
Bu görüşdə tərəflər arasında prinsipial razılıq əldə olunub və razılaşmanın detalları müzakirə olunub.
"Trabzonspor"un yaxın günlərdə Şenol Güneşi rəsmi olaraq təqdim edəcəyi gözlənilir.