"Trabzonspor" UEFA Konfrans Liqasından kənarlaşdırıldıqdan sonra transfer işlərini sürətləndirib.

Offsideplus.az xəbər verir ki, klub rəhbərliyi “Braqa”nın hücumçusu Simon Banzanı icarə əsasında heyətinə qatmaq üçün razılığa gəlib. 28 yaşlı konqolu hücumçu imza üçün bu axşam Türkiyəyə gələcək.

Banza bu mövsüm "Braqa"nın heyətində 2 matçda 33 dəqiqə oynayıb, lakin heç bir qol və ya məhsuldar ötürmə vermədi.