"Qalatasaray"ın kapitanı Fernando Muslera "Yanq Boyz"la kritik matçda böyük səs-küyə səbəb olub.

Offsideplus.az xəbər verir ki, İsveçrədəki ilk oyunda iki səhv qol buraxaraq tənqid hədəfinə çevrilən Muslera cavab matçında əsəbini cilovlaya bilməyib və Alan Virjiniusa təpik atıb.

Qapıçının bu etik olmayan hərəkətindən sonra matçın norveçli baş hakimi Espen Eskas tərəddüd etmədən qırmızı vərəqə göstərib.

UEFA İntizam Komitəsi uruqvaylı qolkiperin cəzasını müəyyən etmək üçün hərəkətə keçib. İlkin olaraq Muslera 3 və ya 5 oyunluq cəza ala bilər.

Musleranın cəzası hakimin rəyinə əsasən müəyyənləşəcək.