Bu mövsüm "Fənərbağça"dan ayrılacağı gözlənilən Emre Mor digər Super Liqa klubuna keçə bilər.

Offsideplus.az xəbər verir ki, "Rizespor" futbolçunu heyətinə cəlb etmək istəyir. Bu yöndə İstanbul nəhəngi ilə danışıqlar aparılır. Məlumatı "Fotomaç" yayıb.

27 yaşlı oyunçu ötən mövsümü icarə əsasında "Karagümrük"də keçirib.