"Fənərbağça"nın sabiq baş məşqçisi İsmail Kartal sosial media hesabında tələbəsi Ferdi Kadıoğlu üçün paylaşım edib.

Offsideplus.az xəbər verir ki, ötən mövsüm "sarı-lacivərtli"ləri çalışdıran Kartal sosial media hesabında Ferdinin transferi ilə bağlı bu sözləri paylaşıb:

"Mən həmişə sənə inanmışam və bugünkü uğur bunu sübut edir. İnanıram ki, sən "Brayton"da ürəklə oynayacaqsan və bizi qürurlandıracaqsan. Mən bu yeni yolda həmişə sənin arxandayam, oğlum. Yolun xeyirli olsun və uğurların daim olsun!"