"Beşiktaş" Omar Kollini satmağa hazırlaşır.

Offsideplus.az xəbər verir ki, PAOK  Kollini transfer etmək üçün ciddi addımlar atıb və 31 yaşlı müdafiəçi ilə 1+1 illik prinsipial razılıq əldə edib.

Yunanıstan təmsilçisi futbolçunun "Beşiktaş"dan ayrılmasını gözləyir.

Xatırladaq ki, Kolli 2023-cü ilin qış transfer pəncərəsində "Sampdoria"dan "Beşiktaş"a keçib. O, İstanbul klubunun heyətində 46 oyunda iştirak edib və 8 dəfə rəqib qapısına yol tapıb.