Cari mövsümdə heyətini xeyli gücləndirən "Trabzonspor" yeni transfer hədəfi ilə gündəmə gəlib.

Offsideplus.az xəbər verir ki, söhbət Paul Onuaçudan gedir. Komanda ötən mövsüm liqada diqqət çəkən nigeriyalı hücumçunun yenidən "Trabzonspor"a transferini reallaşdırmağa çalışır.

Qeyd edək ki, "Bernli"nin baş məşqçisi Skot Parker Veqhorstun ayrılacağını təsdiqləsə də, İngiltərə klubu hələ də "Trabzonspor"un təklifinə cavab verməyib.