"Beşiktaş" heyətini "Auqsburq"un müdafiəçisi ilə gücləndirməyə yaxındır.
Offsideplus.az xəbər verir ki, söhbət Feliks Udokaidən gedir.
26 yaşlı müdafiəçinin transferi üçün "Beşiktaş"ın İdarə Heyətinin müşaviri Bred Fridel müqavilənin şərtlərini dəqiqləşdirmək məqsədilə Almaniyaya yola düşüb. Udokainin transfer qiyməti 7 milyon avro olaraq qiymətləndirilir. Onun Almaniya klubu ilə müqaviləsi gələn il başa çatır.
Qeyd edək ki, 2020-ci ildən "Auqsburq"un formasını geyinən Udokai, burada 124 matça çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.