Çempionlar Liqasının II Təsnifat mərhələsində "Luqano"ya qarşı oyun zamanı zədələnən Fredin 4-6 həftəlik sıradan çıxdığı gözlənilirdi. 

Offsideplus.az xəbər verir ki, futbolçu ehtimalların əksinə daha tez sağalaraq meydanlara erkən geri dönüb. Hətta, oyunçunun Trendyol Super Liqasının üçüncü turu çərçivəsində keçiriləcək "Rizespor" ilə qarşılaşmada forma geyinə biləcəyi də söylənilir.

Qeyd edək ki, ötən mövsüm "Mançestr Yunayted"dən transfer edilən 31 yaşlı braziliyalı 37 oyunda meydana çıxıb.