"Antalyaspor"un baş məşqçisi Aleks de Souza "Fənərbağça"dan 2 futbolçu transfer etmək istəyir.
Offsideplus.az xəbər verir ki çalışdırcı Miha Zayç və Migel Kresponu heyətinə qatmaq üçün hərəkətə keçib.
"Antalyaspor" hər iki futbolçu ilə bağlı danışıqlarını davam etdirir. Lakin Kresponun transferi daha real görünür. Portuqaliyalı oyunçunun maliyyəti daha aşağıdır və o, Anadoluda çıxış etmək istəyir.
Krespo ötən mövsüm "Rayo Valyekano"da icarə əsasında oynayıb. Zayç isə "Fənərbağça" forması ilə 21 oyunda 2 qol vurub.