Bu gün Türkiyə Super Liqasında 2023-24 mövsümünün çempionu bəlli olacaq.
Offsideplus.az xəbər verir ki, hazırda turnir cədvəlində "Qalatasaray" 99 xalla birinci, "Fənərbağça" isə 96 xalla ikincidir. Mövsümün son turunda "sarı-qırmızılar" "Konyaspor"un qonağı olacaq, "sarı-lacivərtlər" isə "İstanbulspor"u qəbul edəcək. Bakı vaxtı ilə saat 20:00-da başlayacaq oyunlar üçün "Cim-Bom" və "kanaryalar"ın təxmini start heyəti bəlli olub:

"Fənərbağça": Livakovic, Mert, Bekao, Çağlar, Ferdi, Osayi, Şimanski, Fred, Tadiç, Ceko, Serdar Dursun

"Qalatasaray": Muslera, Kaan, Nelsson, Abdülkerim, Köhn, Torreyra, Kerem Demirbay, Barış, Mertens, Kerem Aktürkoğlu, İkardi