"Qalatasaray" klubu daha bir futbolçunun transferini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi "Əl-Nəsr"dən Sedrik Bakambunu heyətinə qatıb.

Fransalı hücumçu üçün Səudiyyə Ərəbistanı klubuna 700 min avro ödənilib. 32 yaşlı forvardın "Qalatasaray"da bir mövsümə 1.5 milyon avro gəlir əldə edəcəyi bildirilib.

Qeyd edək ki, "Qalatasaray" bu gün Fildişi Sahilindən olan hücumçu Vilfred Zahanın da transferini açıqlayıb.