"Sivasspor"un yeni baş məşqçisi məlum olub.

 Offsideplus.az xəbər verir ki, Super Liqa təmsilçisi bu posta Sərvət Çətini təyin edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər arasında rəsmi müqavilə 3 iyul "Sivas 4 Eylül Stadionu"nda təşkil olunacaq. Sözləşmənin detalları açıqlanmayıb. 

Sərvət Çətin son olaraq Sivas təmsilçisini çalışdıran Rza Çalımbayın məşqçilər korpusunda yer almışdı. Bu, 42 yaşlı mütəxəssisin baş məşqçi kimi ilk sınağı olacaq.

Qeyd edək ki, sabiq müdafiəçi karyerası ərzində "Dənizlispor" , "Fənərbağça", "Sivasspor", "Qalatasaray" və "Əskişəhərspor" kimi komandalarda çıxış edib.

Fəqan İbrahimli