Türkiyənin "Fənərbağça" klubu "Barselona"da çıxış edən sağ cinah müdafiəçisi Serji Roberto üçün hərəkətə keçib.

Offsideplus.az xarici mətbuata istinadla xəbər verir ki, İstanbul təmsilçisi sağ cinah müdafiəçi mövqeyində əsas oyunçu hesab edilən Ferdi Kadıoğlunun klubdan ayrılacağını nəzərə alaraq, yeni transferə hazırlaşır. Serji Robertonun bir neçə mövqedə oynaya bilməsi Türkiyə təmsilçisinin diqqətini cəlb edir. SSözügedən futbolçu mövsümün sonundan klubdan ayrılacağına qərar verib. Onun "Fənərbağça"ya keçməyə razılıq verdiyi bildirilir

Qeyd edək ki, Serji Roberto 2010-cu ildən "Barselona"nın əsas komandasındadır.