Türkiyə Super Liqasının 34-cü turunda "Fənərbağça" 3:1 hesabı ilə "Trabzonspor"a qalib gəlib. 

Offsideplus.az xəbər verir ki, oyun Samet Akaydın və Mahmud Trezeqe arasındakı "tüpürcək" qalmaqalı ilə gündəm olub. Belə ki, Sametin 80-ci dəqiqədəki qolundan sonra səcdə edən Trezeqeyə tüpürdüyü ilə bağlı görüntülər yayılıb.

"Trabzonspor" klubu yaydığı açıqlamada, Samet Akaydının hərəkətinin insanlıqdan kənar olduğunu, onun Trezeqeyə tüpürməsinin rəzillik və alçaqlıq olduğunu bildirib. Klub Türkiyə Futbol Federasiyasından oyunçunun cəzalandırılmasını tələb edib.

"Fənərbağça" klubu isə Trabzon təmsilçisinə belə cavab verib:

"Olayın göstərildiyi kimi olmadığı, kamera rakursundan istifadə olunaraq, manipulasiya məqsədilə paylaşıldığı futbolçumuz tərəfindən açıqlanıb. "Trabzonspor" klubunun dmanın haqsız yerə futbolçunu hədəf ala bu qərəzli yanaşmasını qınayırıq".