Hücum xəttini gücləndirmək istəyən "Beşiktaş"ın baş məşqçisi Şenol Günəş rəhbərliyə arzuladığı fubolçuların adlarını söyləyib.
Offsideplus.az "Hürriyet"ə istinadən xəbər verir ki, türkiyə təmsilçisinin transferi siyahısında "Roma"nın hücumçusu Stefan Əl-Şaaravinin adı var. Jose Mourinyonun rəhbərliyi altında Şaaravi cari mövsüm 38 oyuna çıxıb, 7 qol və 2 assistə imza atıb.
30 yaşlı vingerin "Roma" ilə sözləşməsi cari mövsümün sonunda başa çatır və tərəflər arasında yeni müqavilə ilə bağlı bir razılıq əldə olunmayıb.