"Trabzonspor" heyətini yeni futbolçu ilə gücləndirir.
Offsideplus.az xəbər verir ki, Super Liqa təmsilçisi Fransanın "Loryent" klubunun hücumçusu Umut Bozoku transfer etmək istəyir. Qaradəniz təmsilçisi artıq oyunçu üçün qarşı tərəfə 2 milyon avro, futbolçunun özünə isə illik 1 milyon avro və əlavə bonuslar təklif edib.
Həm Fransa klubu, həm də Umut təklifə müsbət yanaşır. Tərəflər arasında danışıqlar davam edir.
Qeyd edək ki, 25 yaşlı oyunçu ötən mövsümü icarə əsasında "Kasımpaşa"da keçirib. O, klubla 38 oyuna çıxıb və 20 qolla Super Liqada bombardir olub. Umut 18 mart 2022-ci ildə isə ilk dəfə Türkiyə millisinin heyətinə çağrılsa da, amma hələ ki, debüt şansı qazanmayıb.