"Trabzonspor"un futbolçusu Berat Özdemir Səudiyyə Ərəbistanın Əl-İttifaq klubuna transfer olunub. 

 Offsideplus.az kubun rəsmi saytına istinadən xəbər verir ki, Asiya klubu Qaradəniz təmsilçisinin yarımmüdafiəçisi üçün 2.5 milyon avro təzminat ödəyəcək. Anlaşmaya görə, oyunçunun növbəti satışından 2.5 milyon avrodan çox gəlir əldə olunarsa, onda transferin 15% pay hissəsi son Türkiyə çempionuna çatacaq. 

Qeyd edək ki, Berat Özdemir 2020-2021 mövsümünün ikinci yarısında "Gənclərbirliyi"ndən "Trabzonspor"a keçmişdi. O, ötən mövsüm komandanın heyətində Super Liqada 36 oyunda 1 asisstlə yadda qalıb.