"Trabzonspor" heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.
Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Super Liqanın son çempionu "Herta"nın (Berlin) mərkəz müdafiəçisi Dedrik Boyatını transfer etmək istəyir. Trabzon təmsilçisi belçikalı futbolçu üçün qarşı tərəflə təmasa keçib. Xəbərə görə, Bundesliqa klubu oyunçunu 5 milyon avroya satmağa hazırdır.
Qeyd edək ki, 31 yaşlı futbolçu 2019-cu ildən çıxış etdiyi Berlin təmsilçisində geridə qalan mövsümdə 27 matça çıxıb. Belçika millisinin üzvünün klubla müqaviləsi 2024-cü ilin yayında başa çatır.