"Trabzonspor" heyətini yeni futbolçu ilə gücləndirib.

 Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, "bordo-mavililər" "Aston Villa"nın misirli yarımmüdafiəçisi Mahmud Trezeqeni transfer edib. Onunla 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Trezeqe 2019-cu ildən "şirlər"də çıxış edirdi.