Son Türkiyə çempionu "Trabzonspor" transfer çalışmalarını davam etdirir.

 Offsideplus.az "Ajansspor"a istinadən xəbər verir ki, "bordo-mavililər" İtaliyanın "Udineze" klubuyla yollarını ayıran danimarkalı müdafiəçi Jens Stryger Larseni heyətinə qatacaq. 31 yaşlı oyunçu müqavilə üçün Türkiyəyə gəlib.

Qeyd edək ki, Larsen 2017-ci ilin yayından "Udineze"də çıxış edirdi. O, Danimarka millisinin heyətində də 49 matçda forma geyinib və 3 qol vurub.