Türkiyənin "Qalatasaray" klubu Mario Balotelli ilə bağlı bəyanat yayıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, son günlər adı "sarı-qırmızılar"la hallanan futbolçunun kluba keçib-keçməyəcəyi barədə heç bir məsələnin olmadığı bildirilib. Növbəti mövsüm Çempionlar Liqasında çıxış edəcək "Qalatasaray" bu haqda heç bir transfer işinin aparılmadığını bəyan edib. Klubun yayımladığı həmin bəyanatı sizə təqdim edirik:

balo

Qeyd edək ki, 27 yaşlı hücumçu 2016-cı ildən Fransanın "Nays" klubunda çıxış edir.