"Fənərbağça" mövsüm sonunda hücumçu transferi üçün hərəkətə keçib.

Offsideplus.az "Yeni Asır"a istinadən xəbər verir ki, "sarı-larcivərtlər" "Latsio"nun 32 yaşlı ulduzu Felipe Kaisedoya təklif göndərməyə hazırlaşır.

Qeyd edək ki, İtaliya klubu ilə 2022-ci ilin yayına kimi müqaviləsi olan ekvadorlu futbolçu, bu mövsüm 28 matçda 9 qol vurub.