"Beşiktaş" klubu əsas hücumçusu Vinsent Abubakarı uzun müddətlik itirib.

Offsideplus.az xəbər verir ki, kamerunlu forvardın Afrika Millətlər Kubokunun seçmə mərhələsində Ruanda ilə matçda narahatlıq hiss etdiyi, tibbi müayinə nəticəsində onun əzələsində gərilmə aşkar edildiyi bildirilib.

28 yaşlı futbolçunun müalicəsinə başlanılıb. Onun sıralara nə vaxt dönəcəyi isə hələlik məlum deyil.