"Beşiktaş" klubunun dünən Türkiyə kubokunun yarımfinalında "Başakşəhər"lə oyununda (3:2) zədələnən futbolçusu Vinsent Abubakarın durumuna aydınlıq gəlib.

Offsideplus.az xəbər verir ki,  29 yaşlı forvard tibbi müayinədən keçib və zədəsinin ciddi olmadığı dəqiqləşib. Bununla da hücumçu bazar günü "Fənərbağça" ilə keçiriləcək matçda forma geyinə biləcək.

Qeyd edək ki, "Beşiktaş" - "Fənərbağça" görüşü Bakı vaxtı ilə 20:00-da başlayacaq.