“Fənərbaxça” klubu növbəti transferini reallaşdırıb.
Offsideplus.az xəbər verir ki, Super Liqa təmsilçisi Almaniyanın “Volfsburq” klubunun konqolu müdafiəçisi Marsel Tisserandı heyətinə qatıb. Bu barədə Türkiyə klubunun rəsmi saytı məlumat yayıb.27 yaşlı futbolçu ilə 3+1 illik müqavilə imzalanıb.
Karyerası ərzində “Monako”, “Lans”, “Tuluza” və “İnqolştadt” klublarında da forma geyinmiş Tisserand, 2017-ci ildən “Volfsburq”un uğurları üçün çalışırdı. O, geridə qalan mövsümdə Almaniya klubunun heyətində 23 oyuna çıxıb, 1 qola imza atıb.