"Qalatasaray" "Sportinq Lissabon"un məşhur futbolçusunu transfer etməyə hazırlaşır.

Offsideplus.az xəbər verir ki, "Sportinq" klubunun oyunçusu İdrissa Dumbia Super Liqa təmsilçilərinin heyətinə qatıla bilər. Belə ki, Dumbia maaşının 40% azaldalması səbəbilə Portuqaliya klubundan ayrılma qərarı verib. 

Almaniyanın "Münhenqladbax" "Verder", Belçikanın "Anderlex" "Brügge" klublarından təklif alan oyunçunun ilk tərcihinin "Qalatasaray" olduğu bildirilir.