Türkiyənin “Fənərbaxça” klubu bu yayın ilk səs-küylü transferini rəsmiləşdirmək üzrədir.
Offsideplus.az xəbər verir ki, Super Liqa nəgəngi Serbiya yığmasının və İtaliyanın “Roma” klubunun sol cinah müdafiəçisi Aleksandr Kolarovu heyətinə qatmağa hazırlaşır.
Türkiyə mətbuatının yaydığı məlumata görə, 33 yaşlı futbolçu artıq İstanbula gəlib və ötən gün klub prezidenti Ali Koçla görüş keçirib.
“Fənərbaxça”nın tezliklə bu transferi rəsmən açıqlaması gözlənilir. Tərəflərin 2+1 illik müqaviləyə imza atacaqları bildirilir.
7 il İngiltərənin “Mançester Siti” klubunda oynadıqdan sonra 2017-ci ildə “Roma”ya transfer olunan Kolarov, paytaxt təmsilçisində geridə qalan iki mövsüm ərzində 96 oyuna çıxıb, 12 qol vurub, 15 məhsuldar ötürmə müəllifi olub.