Peşəkar Futbol Liqası (PFL) 1-ci divizionda 2019/2020 mövsümünün bombardirini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, "Qarabağ-2"nin futbolçusu Musa Qurbanlı mövsümün bombardiri olub. O, bu mövsüm 15 dəfə rəqib qapısına yol tapıb.

Qeyd edək ki, 1-ci divizionda 2019/2020 mövsümü koronavirus səbəbindən vaxtından əvvəl başa çatdırılıb.