Azərbaycan Üzgüçülük Federasiyası Suya Tullanma idman növü üzrə yeni məşqçi ilə müqavilə imzalayıb.

Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidməti verib.

Federasiya Suya tullanma üzrə idman ustası, Avropanın gümüş mükafatçısı Mayorov Mixail Dmitrieviçlə müqavilə bağlayıb.