"Zirə" ilə müqaviləm bitdi. Koronavirus səbəbindən gözləmə mövqeyindəyəm. Hələ ki, mənimlə maraqlanan hansısa klub yoxdur".
Bu sözləri Offsideplus.az-a açıqlamasında "Zirə"nin üzvü Bəxtiyar Həsənalızadə deyib.
28 yaşlı müdafiəçi Premyer Liqaya hazırlaşan "Turan Tovuz"la danışıqlar aparmadıqlarını bildirib:
"Hər bir futbolçunun hədəfləri var. İndiki vəziyyətdə Premyer Liqada çıxış etmək istəyirəm. Əgər Tovuz klubuna çempionatda iştirak hüququ verilsə, bu barədə danışmaq, fikirləşmək olar. Hazırda isə ortada heçnə yoxdur".