"Fənərbağça" klubu karantin ilə əlaqədar xüsusi kampa toplaşmağa qərar verib.

Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi bir həftəlik təlim-məşq toplanışını Rivada həyata keçirəcək.

Komanda üzvləri mayın 25-də növbəti dəfə koronavirus testindən keçiriləcək. Nəticələrin hamısı qənaətbəxş olsa, komanda üzvləri mayın 26-dan 31-nə qədər Rivada xüsusi kampa yollanacaq.