İtaliyanın baş naziri Cüzeppe Konte kütləvi idman tədbirləri ilə bağlı yeni qərar imzalayıb.

Offsideplus.az "Football Italia"ya istinadən xəbər verir ki, ölkədə yarışların keçirilməsinə qoyulan qadağanın müddəti iyunun 14-dək uzadılıb.  

Bununla da A Seriyasının bərpası yenidən təxirə salınıb. Çempionatın 13 iyunda bərpa olunacağı gözlənilirdi.

Qeyd edək ki, İtaliyada çempiont martın 11-də koronavirus pandemiyası səbəbindən qeyri-müəyyən müddətə təxirə salınıb.