''May ayının 31-dən sonrakı dövrdə karantin rejiminin uzadılması ilə bağlı fikir söyləmək tez olardı.''
Offsideplus.az xəbər verir ki, bu sözləri bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə qərar verilən zaman ölkəmizdə, regionda və dünyada olan vəziyyət nəzərə alınacaq.
'' Hazırda xüsusi karantin rejimi ilə bağlı ölkədəki vəziyyət kompleks şəkildə qiymətləndirilir və növbəti addımların atılması nəzərdən keçirilir. Yumuşaldılma tədbirləri ilə bağlı növbəti günlərdə də açıqlamalar olacaq. Hər halda mayın 31-dən öncə xüsusi karantin rejimi ilə bağlı hər hansı fikrin söylənməsi tez olar”.