Rusiyalı hakim Sergey Lapoçkin 90 günlük futbol fəaliyyətindən kənarlaşdırılıb.
Offsideplus.az xəbər verir ki, 2018-ci ildə UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin "Ventspils" (Latviya) - "Bordo" (Fransa) oyunundan əvvəl FİFA referisindən matçın nəticəsini manipulyasiya etməsini tələb ediblər.
40 yaşlı baş hakim isə buna razılıq verməyib. Ancaq onun məsələ ilə bağlı müvafiq futbol orqanlarına məlumat verməməsi bu cəza ilə üzləşməsinə səbəb olub.