Bu gün Azərbaycan Premyer Liqasının XIX turuna yekun vurulacaq.

Offsideplus.az xəbər verir ki, günün hər iki oyunu paytaxtda keçiriləcək. Artıq qarşılaşmalardan biri yekunlaşıb.

İlk qarşılaşmada "Zirə" doğma meydanda "Qəbələ"ni qəbul edib. Oyunda hesabı paytaxt təmsilçisi açsa da, yekunda "Qəbələ" 2:1 hesabı ilə qalib gəlib. Bu, "Zirə"nin ardıcıl 4-cü məğlubiyyəti olub.

15:00. “Zirə” – “Qəbələ” 1:2

Qol: İlkin Muradov, 21, Fernan Lopes, 80 (1:1),Rövlan Muradov, 87 (1:2)
Hakimlər: 
Orxan Məmmədov, Elşad Abdullayev, Vüqar Bayramov, Rəşad Əhmədov
Zirə İdman Kompleksinin stadionu