II Liqada çıxış edən "Şəmkir"in baş məşqçisi Vüqar Nadirovun Offsideplus.az-a müsahibəsi...
- "Hypers Guba"dan hansı səbəbdən ayrıldınız?
- Daxili bir məsələdir. Ayrılmaq zamanı gəldi və lazım olanı etdim.
- Ayrılıq qarşılıqlı razılaşma əsasında baş verdi?
- Şəxsi qərarımla istefa verdim. Biz komandanı sıfırdan qurmuşduq. İstəməsəydik, bizi heç kəs çıxara bilməzdi. Mənə də ayrılmaq çətindir.
- Necə oldu ki, "Şəmkir"lə razılığa gəldiniz?
- Klub rəhbərliyi ilə əvvəldən yaxın münasibətim var idi. Zəng gələn kimi tərəddüd etmədən qəbul etdim.
- Sizin "Şəmkir"ə baş məşqçi təyin olunmağınız klubun maliyyə və sponsor məsələlərinə də bir dəstək ola bilərmi?
- Pillə-pillə bütün problemləri aradan qaldıracağıq. Bura işləməyə gəlmişik. "Şəmkir"in adının özünəxas ağırlığı var. İki dəfə Azərbaycan çempionu olub. Bundan əlavə, uzun müddət elitada çıxış edib. Komanda da yaxşı məşqçilər çalışıb. Biz də əlimizdən gələni edəcəyik ki, hər şey tədricən qaydasına düşsün.