"Mançester Yunayted" baş məşqçisi Ruben Amorimlə yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, portuqaliyalı mütəxəssisin yerinə gəlməyə əsas namizəd bəlli olub. Bu, "Kristal Pelas"ı çalışdıran Oliver Qlasnerdir.
Bu barədə "Independent" məlumat yayıb.
Ondan başqa klubun rəhbərliyi Entso Mareskanın da işini bəyənir.
Qeyd edək ki, MY hazırda 31 xalla İngiltərə Premyer Liqasında 6-cı yerdədir.
Amorimi müvəqqəti olaraq Darren Fletçer əvəz edəcək.



