"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim açıqlamasında komandasının oyun sistemini dəyişdirmə ehtimalını qiymətləndirdi.

Offsideplus.az xəbər verir ki, Amorim bildirib ki, 3-4-3 sistemini yüksək səviyyədə oynamaq üçün çoxlu vaxt və maliyyə resursları tələb olunur və bunun hazırda mümkün olmadığını hiss edir. “Bəlkə də dördlü dizilişə uyğunlaşmalıyam” – deyə o qeyd edib.

Amorim, həmçinin, keçən mövsüm ərzində qazandığı təcrübəyə toxunub: “Bir il əvvələ geri dönə bilsəydim, bu müddətdə etdiyim bir çox şeyi fərqli edərdim. Bu il ərzində, texniki direktorluğumun ilk 5 ilində öyrəndiyimdən daha çox şey öyrəndim” – deyə baş məşqçi vurğulayıb.