"Mançester Yunayted"in futbolçusu Lyuk Şou "Kristal Pelas"la matçda "qırmızı şeytanlar"ın heyətində 300-cü matçına çıxıb.
Offsideplus.az xəbər verir ki, 30 yaşlı sol cinah müdafiəçisi 2014-cü ildən "mankunianlar"ın futbolçusudur.
O, 300 oyunda 4 qol vurub və 30 məhsuldar ötürməyə imza atıb.
Qeyd edək ki, "Kristal Pelas" - MY oyunu qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.



